Binəqədidə lokomotiv deposunda yanğın olub
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın Lokomativ dəmir yolunun deposunun ərazisində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, baş verən yanğında 60 kv metr ərazi yanıb. Yanğını qarşısı tez bir zamanda alındığından alov digər ərazilərə keçməyib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir