Lotodakı rəqəmləri “ChatGPT”-dən soruşub pul uddu - Yeni asan qazanc mənbəyi

# 19:49
6 aprel 2023

Taylandda Bunrin adlı bir nəfər süni intellektdən, yəni “ChatGPT”dən istifadə edərək  lotoreyada pul udub. Bu barədə yerli mətbuatda məlumat dərc edilib. Qeyd olunub ki, udan şəxs özünün sosial şəbəkə hesabında video çəkərək məlumat verib.

O, əvvəlki illərdən bəzi qazanan nömrələri sistemə aləva edərək çatbotdan 57, 27, 29 və 99 nömrələrini aldığını deyib. 

Məlumatda qeyd olunub ki, şəxsin udduğu mükafat 59 ABŞ dollarıdır.

Saytda o da qeyd olunub ki, insanlar bu yolla asan qazanc əldə etməyə nail ola biləcəklər.

Sitat: “Ekspertlər bildirirlər ki, insanın sadəcə süni intellektdən istifadə etməklə şanslı ola bilməsi viral olacaq və bir çoxları bu yoldan istifadə edərək asan pul qazana biləcəklər. Şübhəsiz ki, bir çoxları Bunrinin uğurunu bəlkə də daha böyük pul udmaqla təkrarlayacaq. Sitatın sonu

Saytda o da qeyd olunub ki, bu hal təkrarlanarsa, lotereya şirkətlərinə ciddi zərər dəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR