Ukraynada şiddətli döyüşlər gedir: 4 ölü, 20 yaralı
Ötən axşam Ukraynanın Slavyansk şəhəri yaxınlığında gedən döyüşlərdə 4 hərbçi həlak olub, 20 nəfər yaralanıb. APA TV-nin xəbərinə görə, bunu antiterror əməliyyatın rəsmi sözçüsü Vladislav Seleznyov bildirib. Yaralıların xəstəxanalara yerləşdirildiyini deyən Vladislav Seleznyov əlavə edib ki, ilkin hesablamalara görə, döyüşlər zamanı 200-dək separatçı öldürülüb. Hazırda separatçılar üçün əhəmiyyətli olan Yampol və Zakotnoe yaşayış məntəqəsinin ələ keçirilməsi istiqamətində şiddətli döyüşlər gedir. Bu yaşayış məntəqələrindən Slavyanskda olan separatçılara silahlar və müvafiq hərbi avadanlıqlar ötürülür. O qeyd edib ki, separatçılar daha çox snayperlərdən istifadə edirlər.
Ukrayna prezidenti Pyotr Poroşenko bir qədər əvvəl bildirib ki, Ukrayna ordusu Rusiya sərhədi boyu əraziləri nəzarətə alaraq Slavyansk şəhərini mühasirəyə alır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir