Paşinyan növbəti həmləyə hazırlaşır: Müxalifət bunu gözləmirdi - VİDEO

# 05:00
22 yanvar 2022

Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi komandasına hakimiyyət modelini dəyişdirmək üçün ərazi struktur­larını yenidən işə salmaq və konstitusiya referendumuna hazırlaşmaqla bağlı göstəriş verib. Bu barədə Ermənistanın “Hraparaq” qəzeti məlumat yayıb.

Məqalədə bildirilir ki, Paşinyanın növbəti planı yarıprezident sisteminə keçməklə, təh­lü­kəsizlik qüvvələrinin yenidən prezidentin nəzarətinə keçirməkdir.

Qəzet onu da bildirib ki, baş nazirin qərarı ilə dekabrın 18-də Konstitusiya İslahatları Şurasının formalaşdırılması prosesinə start verilib.

SİTAT: "2021-ci ilin fevral ayında hərbi çevriliş cəhdi zamanı Nikol Paşinyan konstitusiya islahatının zəruriliyi barədə çıxış edərək, yarıprezident idarəetməsinə keçidin mümkünlüyünü bildirmişdi. Amma 2021-ci ilin dekabrında parlamentdəki çıxışında cari idarəetmənin tərəfdarı olduğunu qeyd etmişdi. Ermənistan Konstitusiya İslahatları Şurası bu ziddiyyətli bəyanatları necə idarə edəcəyi hələ məlum deyil. Ancaq ilin əvvəlində Paşinyan öz siyasi komandasına hökumət modelini dəyişdirmək, güc orqanlarının yenidən Prezidentin nəzarətinə keçəcəyi yarıprezident sisteminə keçmək üçün ərazi strukturlarını yenidən işə salmaq və konstitusiya referendumuna hazırlaşmaq göstərişi verib. Sitatın sonu

Qəzet onu da əlavə edib ki, əvvəlki Konstitusiya İslahatları Şurası ləğv edilib, yeni şuraya ədliyyə naziri Karen Andreasyan başçılıq edir. “Baş nazirin prezident kürsüsünü tutmağı planlaşdırdığı göz qabağındadır” - deyə “Hraparaq” qəzeti yazıb.   

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR