Tovuz rayon sakinini ilan sancıb
Tovuzda əkin sahəsində işləyən kənd sakini ilan sancıb. Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Düzqırıqlı kəndində baş verib. İlan kələm əkilən sahədə alaq otlarını təmizləyən qadınlara hücum edib. Kənd sakini 31 yaşlı Ramin Babanlı ilanı tutmaq istəsə də sürünən onun əlindən sancıb. Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənin səhhətini orta-ağır qiymətləndirilir. Yaralıya ilkin yardım edildikdən sonra Respublika Toksikologiya Mərkəzinə göndərilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir