Kürdəmir sakinindən xeyli narkotik və silah-sursat götürülüb
Kürdəmir sakinindən 1.5 kiloqram narkotik və silah-sursat götürülüb. APA TV-nin xəbərinə görə, rayonun Çöhranlı kənd sakini Gündüz Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun evindən 30 ədəd kibrit qutusuna doldurulmuş və 26 ədəd selofan torbada olan qurudulmuş marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitəni özü əkib becərdiyini bildirib.
Həmçinin, Gündüz Kərimovun evindən bir ədəd qanunsuz olaraq saxladığı 16 mmlik qoşa lülə ov silahı və ona aid 30 ədəd patron götürülüb. Faktla bağlı araşdırma davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?