Minaya düşən separatçıların vəziyyəti ağırdır - Birinin ayağı kəsilib
Xankəndidəki separatçı qurumun iki silahlısı minaya düşüb.
Bu barədə Caliber.az məlumat yayıb. Bildirilib ki, dekabrın 18-də günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu ərazisində yerləşən qanunsuz erməni silahlı birləşməsinin bölmələrinin mövqelərindən birində mina partlayıb.
Partlayış nəticəsində iki nəfər ağır yaralanıb. Yaralılar Xocavənddəki xəstəxanaya çatdırılıb. Samvel adlı erməni silahlısının ayağı amputasiya edilib. Vəziyyəti ağır qiymətləndirilir. Qanunsuz erməni qruplaşmasının daha bir üzvü baş və diz nahiyəsindən çoxsaylı qəlpə yaraları alıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu