Bakıda dəmir yolunda yanğın!
Babək prospekti ilə paralel keçən dəmir yol xəttinin üzərində növbəti dəfə yanğın baş verib. Yanğın dəmir yolunun üstündən keçən yüksək gərginlikli elektrik naqilində baş vermiş qısa qapanma nəticəsində olub. Naqildən dəmir yol xəttində düşən qığılcımlar xətt boyunca otluq sahəni və şam ağaclarını alovlandırıb. Nəticədə təxminən 100 kv.mdən çox ərazidə yanğın baş verib.
APA TV-nin xəbərinə görə, hadisə yerinə dərhal Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Dəmir yolu xəttinin yüksək gərginlikli elektrik naqilləri yanğından mühafizə olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl də həmin ərazidə yanğın baş vermiş, 30 kvadratmetr sahə yanmışdı.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?