Bayram namazının vaxtı açıqlandı
Azərbaycanda Qurban bayramı namazının qılınacağı vaxt açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.
Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu