Hollandiya Çilini 2-0 yenərək qrup birincisi oldu (QOLLAR)
Braziliyada keçirilən dünya çempionatının “B” qrupunda oyunlar başa çatıb. APA TV-nin məlumatına görə, ilk iki oyunda qələbə qazanan Hollandiya və Çili yığmalarının qarşılaması yalnız qrup birincisini müəyyən etmək baxımından əhəmiyyət daşıyıb. İlk hissə tərəflər sönük futbol nümayiş etdiriblər. İkinci hissədə tempi nisbətən artıran Hollandiya yığması iki qol vurmağa nail olub. Hesabı 77-ci dəqiqədə Fer açıb, oyuna artırılmış dəqiqələrdə Memfis Depay daha bir qol ataraq, komandasının qrup birincisi olmasını təmin edib. Çili yığması məğlub olmasına baxmayaraq play-off mərhələsində mübarizəni davam etdirəcək. Qeyd edək ki, Hollandiya yığması qrupda oynadığı üç oyunda qələbə qazanıb, “narıncılar” hələlik qrup mərhələsində rəqib qapılardan ən çox top keçirən komandadır. Hollandiya yığması İspaniya, Avstraliya və Çili yığmasının qapısından 10 top keçirib, öz qapısından 3 qol buraxıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?