130 min azərbaycanlı evsiz-eşiksiz qalıb, Tehran kömək etməyə imkan vermir

# 18:03
13 fevral 2023

Xoy şəhərində baş vermiş zəlzələlər nəticəsində zədələnmiş evlərin sayı 13200-ə çatıb. Bu barədə Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun başçısı Cəfər Bərzgər məlumat verib.

O qeyd edib ki, yoxlanmış 21500 evdən  2120-i yenidən tikilməli, qalanı isə təmir edilməlidir.

Sosial şəbəkələrin İran seqmentində paylaşılan görüntülərdən də məlum olur ki, Tehran rejiminin soydaşlarımıza qarşı dağıdıcılıq siyasəti davam edir. Zəlzələdən yarım ay keçməsinə baxmayaraq, hələ də Xoy sakinləri çöllərdə qalır, humanitar yardım yox dərəcəsindədir.

İctimai fəalların məlumatlarına görə, zəlzələ bölgəsində qıtlıq davam etməkdədir. Hökumətin ögey münasibətini görən digər əyalətlərdəki soydaşlarımız, xüsusən də Təbriz fəalları öz imkanları hesabına zəlzələdən zərər görənlərə kömək etməkdə davam edirlər.

Son 10 gündə Təbrizdən 250 yük maşını, 40 ədəd konteyner göndərilib. Ancaq bu yardımlara da süni maneələr yaradılır.

Bütün bunların fonunda isə İrandan Suriyaya daşınan yardımların sayı artmaqdadır. Bildirilir ki, Əli Xameneinin Astan Qüds Rəzəvi adlı adamı və onun təşkilatı Xoy zəlzələsindən zərər çəkən insanlar hələ də qarda, yağışda küçələrdə və dağılmış evlərdə yaşamağa davam edərkən, Suriyadakı zəlzələ qurbanları üçün gündə 14.000 kabab hazırlayırlar.

Məlumata görə, ötən həftə zəlzələ bölgəsinə səfər edən İranının parlament sədri Məhəmməd Baqir Qalibaf vətəndaşlar tərəfindən etirazla qarşılanıb. Qışın sərt soyuğunda çadırlarda yaşayan soydaşlarımız hakimiyyət nümayəndələrinin vədlərinin özünü doğrultmadığını deyiblər. Hazırda Xoyda 130 mindən çox soydaşımızın evsiz-eşiksiz qaldığı bildirlir.

Rəsmi məlumata görə, yanvarın 28-də baş verən zələzələdə 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb. Qeyd edək ki, fəallar bildirirlər ki, hökumətin verdiyi rəqəmlərin dəqiq deyil və bilərəkdən ölənlərin və yaralananların sayı azaldılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR