“VAZ 2106” dərəyə aşdı: eyni ailədən 1 ölü, 5 yaralı
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayonun dağ kəndi olan Sarıtalada qeydə alınıb. Tovuz rayonu Aşağı Quşçu kənd sakini, 53 yaşlı Sərdar Hüseynovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşın dərəyə aşıb. Qəza zamanı maşında sürücü ilə birlikdə 6 nəfər olub. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Sərnişinlər – 19 yaşlı Səbinə Hüseynova, 46 yaşlı Sevinc Hüseynova, 6 yaşlı Lalə Hüseynova, 77 yaşlı Gülarə Hacıyeva və 54 yaşlı Aybəniz Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti kafi qiymətləndirilir.
Qəza zamanı yüksəklikdən ağacların üstünə düşən avtomobildə olan sərnişinlər yaxınlıqda yaşayan sakinlərin köməyi ilə xilas edilib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?