Bakıda quldurluq: Oğrular pulla bərabər təhlükəsizlik kamerasını da aparıblar
Bakıda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın ediblər. Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn 4 nəfər şəxs orada işləyən 26 yaşlı Elvin Kərimov və 21 yaşlı Röyal İsmayılovu tapançaya oxşayan əşya ilə hədələyiblər. Sonra maskalı şəxslər yanacaqdoldurma məntəqəsinin işçilərinə küt alətlə xəsarət yetirərək seyfdə olan 5000 manat pulu və təhlükəsizlik kamerasının monitorunu götürərək oradan uzaqlaşıblar. Hazırda polis hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?