Bakı sakini "Kalaşnikov" satarkən yaxalandı
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah əldə edib saxlama və satmaqda təqsirli bilinən şəxsi yaxalayıb. APA TV-nin xəbərinə görə, Bakı şəhər sakini, 43 yaşlı Serqey Şumenko 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı 1000 Amerika dollarına satarkən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında saxlanılıb. Serqey Şumenko istintaqa ifadəsində bildirib ki, silahı 20 il əvvəl qonşusundan alıb. Həmin vaxt qonşusu ona 2 ədəd F1 əl qumbarası və 1 ədəd avtomat silahı saxlamaq üçün verib. Lakin sonradan Serqey Şumenko qumbaralardan birini satıb. Digər qumbaranı satarkən isə tutularaq məsuliyyətə cəlb olunub. Avtomatı isə gizlədərək polisə təhvil verməyib. Kalaşnikov avtomatını 1000 dollara satarkən poilis əməkdaşları tərəfindən yaxalanıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?