İtaliya millisinin baş məşqçisi istefa verdi
İtaliya millisi Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsini keçə bilmədiyinə görə baş məşqçi Çezare Prandelli istefa verib. APA TV-nin "Milliet"ə istinadən verdiyi xəbərə görə, boş qalan post üçün yeni namizədlər irəli sürülüb. İtaliya millisi üçün ən şanslı namizədin isə Qalatasarayla yollarını ayıran Roberto Mançini olduğu bildirilir. İtalyan məşqçilərin sıralandığı siyahıda Mançininin önə çıxdığı bildirilərkən, onun sarı-qırmızıların başında olduğu dönəmdə belə adının milli komanda ilə hallandığı və özünün də bu vəzifəyə hazır olduğu diqqətdən yayınmayıb. Roberto Mançinidən başqa Alleqri, Zakkeroni, Ranieri və Spalletti də ciddi namizədlər olaraq göstərilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?