Kapello məğlubiyyətin məsuliyyətini Cüneyt Çakırın üzərinə atdı
Rusiya millisinin baş məşqçisi Fabio Kapello futbol üzrə dünya çempionatının sonuncu turunda Əlcəzair millisi qarşısında məğlubiyyətin məsuliyyətini qarşılaşmanın türkiyəli hakimi Cüneyt Çakırın üzərinə atıb. APA TV-nin məlumatına görə, baş məşqçi deyib ki, Rusiya millisi oyunda səşvə yol verməyib: SİTAT: "Biz evə gedirik. 10 dəqiqə ərzində qapıçımızın gözünə şüa saldılar. Bunun foto və videosübutları var. Qapıçının gözünə şüa düşdü və o, qol buraxdı.
Dünya çempionatının ən bahalı baş məşqçisi olan Fabio Kapello istefa verib-verməyəcəyi ilə bağlı suala konkret cavab verməyib. Daha doğrusu, baş məşqçi, istefaya getməyəcəyinə işarə edib və deyib ki, əgər ona ehtiyac varsa, qalacaq.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?