Bakıda maşından külli miqdarda saxta pul tapıldı
Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyunun 26-da Qaraçuxur qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Əmiraslan Əmiraslanov şübhəli şəxs qismində saxlanılıb. APA TV-nin xəbərinə görə, onun idarə etdiyi «Saipa» markalı avtomobilə baxış kecirilərkən 27 ədəd saxta 100 ABŞ dolları aşkar edilib.
Saxlanılan şəxs ilkin ifadəsində pulları tanımadığı şəxsdən mal müqabilində aldığını desə də, istintaq onun verdiyi ifadəni qeyri-səmimi sayaraq mənzilində axtarış etmək qərarına gəlib. Aparılan axtarışın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?