Gəncədə yeniyetmə oğlan zəncirvari qəza törətdi
Gəncədə zəncirvari qəza baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, qəza şəhərin Gülüstan qəsəbəsində olub. Şəhər sakini, 17 yaşlı Nicat Yunislinin idarə etdiyi “OPEL”, 23 yaşlı Qabil Yaqublunun idarə etdiyi “VAZ 2106” və 27 yaşlı Orxan Cəfərovun idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşub. Qəza zamanı sürücülər, Orxan Cəfərov və Nicat Yunisli, xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Baş Polis İdarəsindən bildiriblər ki, ilkin araşdırmaya görə, qəzaya səbəb “Opel” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması olub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?