Tovuzda ağır qəza : 4 yaralı
Tovuzda ağır yol nəqliyyat qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-TV-nın Qərb bürosuna verilən məlumata görə, hadisə Tovuz-Böyük Qışlaq-Qaralar yolunun Pələngli kəndi ərazisində baş verib. "VAZ 2107" və "Niva" markalı avtomobillərinin toqquşması nəticəsində 38 yaşlı Rafiq Quliyev, 28 yaşlı Altay Novruzov, 48 yaşlı Asəf Məmmədov və 13 yaşlı Aytac Məmmədova müxtəlif bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. "Niva" markalı avtomobilin sürücüsü Asəf Məmmədov bildirib ki, qəzaya səbəb "VAZ 2107" nin onun yoluna çıxması olub.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?