Alban-Udi xristian dini icmasının üzvləri Tuğda qədim alban məbədini ziyarət edib

# 16:05
17 aprel 2021

Alban-Udi xristian dini icmasının üzvləri işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, səfər çərçivəsində dini icma üzvləri Tuğ kəndindəki qədim alban məbədini ziyarət ediblər. İcma sədri Robert Mobili və dini icma üzvləri alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edib, dualar oxuyub, ibadət edərək şamlar yandırıblar.

 

Alban-Udi xristian dini icmasının sədri Robert Mobili bildirib ki, bu onların qədim Tuğ kəndində olan məbədlərə birinci ziyarətləridir: "Bu gün biz qədim Alban kilsələrinə məxsus olan, Azərbaycan mədəni irsini ziyarət edirik. Mən çox sevinc hissi keçirirəm ki, Allah qismət etdi bu yerləri gördük. Müşahidəmiz onu göstərdi ki, ermənilər buranın çox hissəsini dağıdıb, zəng guşələrini dəyişərək saxtalaşdırıblar".

 

Qeyd edək ki, bu gün Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icmasının üzvlərinin işğaldan azad edilən Xocavənd rayonuna səfəri başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR