Ağsuda dəhşətli qəza: "İnfiniti" külə döndü, sürücü yanaraq can verdi
Ağsu rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Ağsu-Göylər avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb. Rayonun Cəfərli kənd sakini 23 yaşlı Faiq Məmmədovun idarə etdiyi “İnfiniti” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü Faiq Məmmədov dünyasını dəyişib. Avtomobildəki sərnişin - rayonun Qaraqaşlı kənd sakini 23 yaşlı Famil Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı zərbənin təsiri nəticəsində avtomobil yanaraq yararsız vəziyyətə düşüb. Hadisə ilə bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?