Bu sahədə çalışanlar 5 il vergidən azad oluna bilərlər

# 15:51
9 dekabr 2021

Bu gün Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

 

Media sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərin müzakirəsinə həsr olunmuş görüşdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanının müvafiq sahədə islahatların yol xəritəsi olduğu vurğulanıb.

 

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyir ki, islahatların ümumi istiqamətinə dörd çərçivə müəyyən edilib: “Normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi idi. İkinci istiqamət media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dördüncü istiqamət isə jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılmasıdır”.

 

Əhməd İsmayılov bildirib ki, agentlik dövlət orqanlarının mətbuat katibləri, media qurumlarının rəhbərləri və jurnalistlər üçün seminar-təlimlər təşkil edib, media savadlılığının artırılması, yeni nəsil jurnalist kadrlarının hazırlanması məqsədilə “New Media” proqramı və fərdi jurnalist müsabiqələri keçirib, o cümlədən sahəvi jurnalistikanın inkişafı istiqamətində müvafiq işlər görüb.

 

Əhməd İsmayılov qeyd edib ki, jurnalistlərin vergi güzəştləri və digər sosial təminatlardan da yararlanması üçün layihələr üzərində iş gedir.

 

Onun sözlərinə görə, agentlik həm “Media haqqında” qanunun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni anda qəbul olunmasını istəyir. Məcəlləyə dəyişikliklərdə isə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur. Təkliflər arasında media subyektlərinin həm mənfəət, həm də ƏDV-dən azad edilməsi var.

 

Nərmin Murad

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR