Argentina 1/4 finalada
Dünya Çempionatının ikinci turunda dörddəbir finala çıxmaq üçün Argentina və İsveçrə milliləri qarşılaşıblar. APA TV-nin məlumatına görə, "Sao Paulo" arenasında baş tutan görüşü isveçli hakim Jonas Eriksson idarə edib. Matçın ilk hissəsini qolsuz tamamlanıb. İkinci hissədə hər iki komanda aktiv hücuma üstünlük veriblər. Lakin, 90 dəqiqəlik qarşılaşma heç-heçə bitib. Uzatma dəqiqələrində, konkret olaraq 118-ci dəqiqədə Argentina yığmasının ulduz futbolçusu Messinin ötürdüyü pası Di Maria qola çevirib: 1:0
Oyunda başqa qol olmayıb və beləcə Argentina adını dörddəbir finala yazdırıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?