Bakının mərkəzi küçəsinin bir hissəsi bağlandı
Paytaxtda bir müddət öncə təmirə bağlanan mərkəzi yollardan biri sürücülərin ixtiyarına verilib. Nərimanov rayonunun Həsən Əliyev küçəsinin, Cəlil Məmmədquluzadə küçəsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti bərpa edilib. Bunu APA TV-yə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, iyulun 1-də axşam saatlarında Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissəsi isə 6 günlük təmir-bərpa işləri üçün bağlanıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?