Baş nazirin müavini cəbhə bölgəsinə gedib
Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunda olub. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, komitə sədri Ağdamda 632 məcburi köçkün ailəsi üçün yeni salınan qəsəbədə aparılan tikinti-quruculuq işlərinin keyfiyyəti ilə maraqlanıb. Qeyd edək ki, Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində məcburi köçkünlər üçün yeni qəsəbə salınır. 632 evdən ibarət yaşayış massivində 50 ədəd birotaqlı, 296 ədəd ikiotaqlı, 242 ədəd üçotaqlı, 44 ədəd dördotaqlı yaşayış evi inşa olunub. Qəsəbədə 440 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, 1 ədəd inzibati bina, 1 klub, 1 ambulatoriya, bir poçt binası tikilib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?