Xaçmazda atasının intiharına dözməyən 18 yaşlı gənc özünü asdı
Xaçmazda intihar faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhərinin Memar Əcəmi küçəsində yerləşən evdə baş verib. Bakı şəhər sakini, 18 yaşlı Şərifli Əmrah Rəhman oğlu qonaq gəldiyi dayısının evində özünü asıb. İntihar edən şəxsin yaxınları bildiriblər ki, mərhumun atası da bir müddət əvvəl Bakıda yaşadığı mənzildə eyni üsulla intihar edib. Bundan təsirlənən oğlu Əmrah bu müddət ərzində psixoloji sarsıntılar keçirib. Ailənin digər üzvləri Rəhmanın özünə nə isə edəcəyindən ehtiyatlanıblar və onu depressiyadan çıxması məqsədilə bir müddətlik rayona dayısının yanına göndəriblər. Sözü gedən hadisə də elə dayısının evində baş verib. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma başlanılıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?