Bakıda marketin seyfindən 11 min oğurlandı
Bakıda market qarət olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11.200 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Fizuli Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu