Çətənə bitkisi becərən Sabirabad sakini həbs olundu
Sabirabadda narkotik tərkibli bitki becərən şəxs tutulub. Bu barədə APA TV-nin Mil-Muğan bürosuna Sabirabad polis şöbəsindən məlumat verilib. Daxili İşlər Nazirliyinin “Xaş-xaş 2014” şərti adlı kompleks tədbirlər planının icrası ilə əlaqədar Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşı Raziyə Əliyevanın sözlərinə görə, "Əməliyyat zamanı rayonun Kürkəndi kənd sakini 55 yaşlı, əvvəllər 4 dəfə məhkum olunmuş Meybulayev Kərəmulla Eynulla oğlunun icarəyə götürdüyü pay torpaq sahəsinə baxış keçirilib. Nəticədə torpaq sahəsinin kənarında qamışlıqların arasında 15 kvadratmetr ərazidə 31 ədəd, ümumi yaş çəkisi 11,3 kiloqram olan əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq götürülüb".
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?