Bank Of Baku

3 dayısını öldürən şəxsə ömürlük həbs cəzası verildi

# 19:18
7 iyul 2014


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 dayısını evin içərisində yandırıb öldürən Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA -nın məlumatına görə, prosesə hökm oxunub. Hökmə əsasən, Əsgəralı Abbasov ömürlük olaraq azadlıqdan məhrum edilib. Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Abbasov dayıları - Dünyamalı Mirzəyev, Yadigar Mirzəyev və Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR