Meksika və Qvatemelada zəlzələ olub; ölənlər var
Meksikada 7,1 bal gücündə zəlzələ baş verib. APA TV-nin məlumatına görə, zəlzələ nəticəsində ən azı 4 nəfər ölüb, onlarla tikiliyə ziyan dəyib. Yeraltı təkanların episentri Tapaçula şəhəri yaxınlığında, ocağı 75 km dərinlikdə yerləşib. Tapçula şəhər xəstəxanasına gətirilən yaralıların sayı 100-ü keçib.
Qvatemalada da 6,9 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, bir sıra tikililərə ziyan dəyib. Yeraltı təkanların episentri Meksikanın cənubi-şərqində yerləşib. Məlumatlara görə, zəlzələ nəticəsində Qvatemalanın bir neçə bölgəsində elektrik enerjisi kəsilib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?