Hollandiya-Argentina yarımfinalını Cüneyt Çakır idarə edəcək
Sabah Hollandiya və Argentina yığmalarının yarımfinal oyununu idarə edəcək hakim məlum olub. FİFA azarkeşlərin həyəcanla gözlədiyi bu oyunun idarə olunmasını türk hakim Cüneyt Çakıra tapşırıb. Çempionatın son dörd oyunundan birinin türk hakimə tapşırılacağı ehtimal olunurdu, Türkiyənin idman ekspertləri Cüneyt Çakırın final oyununa təyin olunacağını iddia edirdilər. FİFA-da aparılan müzakirələrdən sonra Cüneyt Çakırın Hollandiya-Argentina oyununa hakim təyin olunması qərara alınıb. Oyun ayın 10-da Bakı vaxtı ilə səhər saat 01.00-da keçiriləcək.
Qeyd edək ki, Cüneyt Çakır dünya çempionatında Braziliya-Meksika və Əlcəzair-Rusiya oyunlarının da hakimi olub. Maraqlıdır ki, Çakırın idarə etdiyi hər iki oyun heç-heçə başa çatıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?