Şəmkir dəhşət! 33 yaşlı kişi qeyri-rəsmi yaşadığı qadını, sonra özünü güllələdi
Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib. Şəmkir rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə rayonun Aşağı Seyfəli kəndində baş verib.
Kənd sakini, 33 yaşlı Seyfəddin Eldar oğlu Qarayev qeyri-rəsmi nikahla yaşadığı kənd sakini, 30 yaşlı Bəsti Cəbrayıl qızı Zeynalovaya odlu silahdan atəş açıb. Sonra Seyfəddin Qarayev həmin silahla özünü güllələyib. Bəsti Zeynalova aldığı güllə yarasından hadisə yerində ölüb. Seyfəddin Qarayev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
Yaxınlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına verdiyi məlumata görə, S.Qarayev psixi xəstəlikdən əziyyət çəkirmiş və əvvəllər bu xəstəlikdən müalicə alıb.
Hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?