Rəqsanə qəzaya uğradı
Bakıda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, qəzaya uğrayan avtomobillərdən biri müğənni Rəqsanə İsmayılovaya məxsusdur.
Hadisə Bakıxanov küçəsində qeydə alınıb. "BMW X6" markalı avtomobil əvvəlcə "Chevrolet" markalı avtomobilə çırpılıb. "Chevrolet" isə "Daewoo" markalı maşına dəyib. Toqquşmadan sonra "BMW X6"nın sürücüsü idarəetməni itirib və avtomobili Rəqsanə İsmayılovaya məxsus "Range Rover"ə vurub.
"Range Rover"i müğəninin sürücüsü idarə edirmiş, Rəqsanə İsmayılovanın özü isə arxa oturacaqda olub.
Qəza nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?