Badamdartda “Çadır maşını" sakinlərə qorxu dolu anlar yaşadıb
Bakının Səbail rayonunda “ZİL” markalı yük maşını yanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Badamdar qəsəbəsində qeydə alınıb. Qəsəbə bazarının yaxınlığındakı yoldan keçən “Çadır maşın”nın “motor hissəsində alışma baş verib. Nəticədə “ZİL”i idarə edən və onun sərnişini yüngül yanıq xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail Rayon Hissəinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər alovun yanacaq çəninə keçməsininin qarşısını alıblar.
Xəsarət alan şəxslər təcili yardım vasitəsi ilə 5 nömrəli şəhər xəstəxanasına aparılıb.
Yanğına səbəb avtomobilin mühərrik hissəsindəki nasazlıq olub.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?