Ermənistan çempionu Çempionlar Liqasında məhəllə komandasına uduzub
Futbol üzrə Çempionlar Liqasının birinci təsnifat mərhələsi Ermənistan üçün biabırçı nəticə ilə yekunlaşıb. APA TV-nin məlumatına görə, Andorranın "Santa-Kalome" klubu Ermənistan cempionu "Banas"ı əli boş yola salıb. Öz ölkəsində erməniləri 1 : 0 hesabı ilə məbluğ edən andorralılar cavab oyununa meydana rahat çıxıblar. 20-ci dəqiqədə ilk qol da Andorralılardan gəlib 1:0. Rüsvayçılığı hiss edən ermənilər toparlanaraq fasiləyə qədər qolardan birinin əvəzini çıxıblar. Fasilədən sonra daha 2 qol vuran ermənilər məsələni bitmiş hesab etdikləri bir vaxtda andorralıların yerinə yetirdikləri künc zərbəsini qapısını tərk edib komanda yoldaşlarına köməyə gələn qolkiper tora qovuşdurub. Bu qoldan sonra üzlərini tutub yerə sərilən erməniləri hakim meydanın mərkəzinə zorla gətirib. Qeyd edək ki, Andorranın "Santa-Kalome" klubu bu qələbədən sonra tarixində ilk dəfə Çempionlar Liqasının 2-cı təsnifat mərhələsinə vəsiqə qazanan yeganə ölkə klubu olub.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?