Beynəlxalq səyyahlar Ağdamda nələri gördülər? – APA TV

# 23:43
4 noyabr 2023

Beynəlxalq səyyahlar Şuşadan sonra Ağdam şəhərinə səfər ediblər. Onlar çörək muzeyi və Ağdam Dövlət Dram Teatrının binalarının qalıqlarını, eyni zamanda, Ağdam Cümə məscidini ziyarət ediblər. Qonaqlar Ağdam Şəhidlər xiyabanında da olublar.

Beynəlxalq səyyahlar 30 illik işğal dövründə dini və tarixi abidələrin, məscidlərin erməni vandallığına məruz qalmasının şahidi olublar. Beynəlxalq səyyahlara məlumat verilib ki, işğal dövründə ermənilər Ağdam qəbirstanlığında məzar daşların sökərək aparıb, qəbirləri qazaraq təhqir ediblər. Beynəlxalq səyyahlara Ağdamın tarixi və turizm potensialı barədə də ətraflı məlumat verilib.

Qeyd edək ki, dünya şöhrətli “NomadMania” beynəlxalq səyahətçilər klubunun Qarabağa səfəri başlayıb. Heyətdə 26 ölkədən 50 nəfərə yaxın tanınmış səyyah yer alır.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR