Robben: “Finalda Almaniya qalib gələcək”
“Argentina finala çıxmağa layiq deyildi”.
Bu bəyanatla Hollandiya yığmasının yarımmüdafiəçisi Aryen Robben çıxış edib. APA Tv-nin məlumatına görə, Robben son yarımfinal oyununun nəticəsinin ədalətsiz olduğunu deyib. “Argentina qələbəyə layiq deyildi, onlar bizim qapıda qol vəziyyətləri yarada bilmədilər. Biz daha yaxşı oynadıq”.
Robben finalda Almaniyanın qalib gələcəyini əminliklə ifadə edib. “Almaniya yığmasına qələbə arzulayıram. Finalla bağlı proqnoza gəldikdə, düşünürəm ki, Almaniya öz gücünü artıq isbatlayıb və bu çempionatda Argentinadan qat-qat üstün oyun nümayiş etdirib. Bundan başqa Almaniya yığmasında çoxlu dostlarım oynayır və ümid edirəm ki, onlar qalib gələcəklər”.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?