Ermənilərin girov götürdüyü azərbaycanlının yaxınları: "O, 10 ildir kənddən köçüb"
Ermənistan Ordusu tərəfindən əsir götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin qohumları onu çoxdandır görmədiklərini və erməni tərəfə əsir düşdüyünə inanmadıqlarını deyirlər. Əslən Tərtərin Qapanlı kəndindən olan Şahbaz Quliyev 10 ildən çoxdur kənddən köçüb. Onun bütün ailə üzvləri paytaxtda və Sumqayıt şəhərində yaşayıb. Şahbaz Quliyevin əmisi oğlu APA TV-yə deyib ki, erməni tərəfin yaydığı xəbərlərə inana bilmirlər. Qapanlı kənd icra nümayəndəsi Zakir Əliyevin sözlərinə görə, əsir düşdüyü bildirilən Şahbaz Quliyev və onun yaxınları çoxdandır ki, kənddə yaşamırlar. Xatırladaq ki, bu gün Ermənistan mediası Azərbaycan vətəndaşı, Tərtər rayon Qapanlı kənd sakini Şahbaz Quliyevin işğal olunmuş Kəlbəcər rayonu ərazisində əsir düşdüyü haqda məlumat yayıb. Ermənilər onun diversiya hərəkətləri həyata keçirdiyini iddia edirlər.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?