Ərdoğan: “Türkiyəyə yeni konstitusiya lazımdır"
"Köhnə Türkiyə keçmişdə qalır və Türkiyəyə yeni konstitusiya lazımdır". APA TV-nin məlumatına görə, bu haqda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdogan deyib. Onun sözlərinə görə, yeni konstitusiya Türkiyə prezidentinə geniş səlahiyyət verə bilər, hazırda isə prezident vəzifəsi daha çox mərasim səciyyəsi daşıyır.
Türkiyənin baş naziri 2023-cü ilə kimi Türkiyə qarşısında 4 məqsəd qoyub: demokartiyanın inkişafı, siyasətin və cəmiyyətin normallaşması, sosial rifahın yaxşılaşdırılması və Türkiyənin dünyada ən böyük 10 iqtisadiyyatdan birinə çevrilməsi. 2023-cü il isə ona görə seçilib ki, həmin il müasir Türkiyə respublikasının 100 illiyidir.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da olacaq.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?