Rio finalı: Argentina yoxsa, Almaniya?
Bu gün Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının final oyunu keçiriləcək. APA TV-nin məlumatına görə, Rio-de-Janeyro şəhərinin məşhur "Marakana" stadionunda keçiriləcək matçı italiyalı hakim Nikola Rizeli idarə edəcək. Əbədi rəqiblər - Almaniya-Argentina oyununu bütün dünya həyəcanla gözləyir. Matç Bakı vaxtı ilə 23:45-də başlayacaq. Bu vaxta qədər bu komandalar dünya çempionatının final oyunlarında iki dəfə qarşılaşıblar. 1986-cı il Meksikada keçirilən mundialda əfsanəvi Maradonanın başçılıq etdiyi Argentina yığması almanları məğlub etmişdi. 4 il sonra - növbəti çempionatda bu iki komanda yenidən qarşılaşmışdı. Almanlar oyunun son dəqiqələrində şübhəli penalti ilə qalib gəlmişdilər. Buna görə də bu günkü finalı həm də revanş kimi dəyərləndirmək olar. Ən maraqlı məqamlardan biri də Avropa komandalarının bu vaxta qədər Amerika qitəsindən hələ də kubok gətirə bilməməlidir. Almaniya bu düyünü çözməyə yaxın görsənir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?