Bank Of Baku

İsmayıllı meşələrində itkin düşən şəxs tapılıb

# 14:08
13 iyul 2014

Dünən İsmayıllı meşələrində itkin düşmüş şəxs tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) APA TV-yə verilən məlumata görə, “112” qaynar xəttinə İsmayıllı rayonu, Lahıc qəsəbəsində meşə ərazisində 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. 12 iyul tarixindən itkin düşmüş vətəndaşın axtarışı İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən mütəmadi davam etdirilib. İtən şəxs Nial dağlarının kənarındakı meşəlik ərazidən tapılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat bu gün  saat 10:30-da başa çatıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR