Nehrəmdə əkin sahələri məhv olur: Göydən dolu, yerdən alov yağır

# 17:23
12 iyun 2023

Babək rayonunun Nehrəm qəsəbəsində dolu bəzi təsərrüfat sahələrinə ziyan vurub. Sakinlər bildirir ki, əkin sahələrini yalnız təbii fəlakət məhv etmir, yerli məmurların laqeydliyi də onların işini çətinləşdirir. Sakinlər iddia edirlər ki, ilin yaz və yay aylarında əkin sahələrini suvarmaq üçün bir damcı su tapmırlar. Bəzi təsərrüfatçılar əkdikləri taxıla bir dəfə də olsun su verməyiblər. Məsələ ilə bağlı Nehrəm qəsəbəsi icra nümayəndəsi Rahil İbrahimli bildirdi ki, su növbəli şəkildə sakinlərə verilir. Şikayətçilərin əkin sahələri isə kənarda yerləşir və bu il su az olduğundan onlara su çatmayıb. İcra nümayəndəsi dolunun törətdiyi fəsadlarla bağlı da münasibət bildirib. Qeyd edib ki, bu hallar zamanı fermerlərin daha az zərər görməsi üçün təsərrüfat sahələrinin sığortalanması vacibdir. Lakin bəzi hallarda fermerlər bundan imtina edirlər, nəticədə isə təbii fəlakət baş verdikdə həmin vətəndaşlarla bağlı ciddi problemlər yaşanır. Nehrəmli fermerlər isə qarpız təsərrüfatının 90-95 faizini təşkil edən qəsəbədəki dolu fəlakətinin bu il muxtar respublikada qarpız qıtlığı yarada biləcəyini bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR