Tanınmış jurnalistin körpə oğlu faciəli şəkildə ölüb
Bakıda tanınmış jurnalistin oğlu bədbəxt hadisə nəticəsində vəfat edib. APA-nın məlumatına görə, jurnalist Ayaz Nizamioğlunun 3 yaşlı övladı Maqsud ötən gün yaşadığı dördüncü mərtəbədəki mənzilin eyvanından yıxılıb. Azyaşlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün saat 19.40-da Qara Qarayev prospekti 23, mənzil 48-də qeydə alınıb. Bakı şəhər sakini, 3 yaşlı Maqsud Ayaz oğlu Mirzəyev yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.
Qeyd edək ki, əvvəllər ANS kanalında çalışan Ayaz Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?