Qərb Ermənistanı Rusiyanın əlindən necə alır? - 200 nəfərlik missiya

# 19:55
30 yanvar 2023

Brüsseldə Avropa İttifaqına üzv ölkələrinin xarici işlər nazirlərinin birgə qəbul edilmiş qərarları ilə Ermənistana 2 il müddətinə yeni müşahidə missiyası göndəriləcək. Qərara əsasən, keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin silahsız 200 nəfərədən ibarət olacağı vurğulanır. Nümayəndələrin gəlişi ilə bağlı açıqlama verən rusiyalı ekspertlər verilən qərarla bağlı narazılıqlarını bildiriblər.

“Aİ missiyası ilə Fransa Rusiyadan Afrikadakı məğlubiyyətinin qisasını alır”.

Bunu kanalımıza Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov deyib. O əlavə edib ki, bu missiya Fransa və Ermənistanın birgə layihəsidir.

“Avropa İttifaqı bu missiyanı göndərməklə bağlı qərar qəbul edən zaman Azərbaycanın razılığını almayıb”.

Bu fikri isə Tarix Ekspertizası və dövlət proqnozlaşdırılması mərkəzinin direktoru, siyasi ekpsert Sergey Voronin deyib. O əlavə edib ki, Avropa İttifaqının missiyası “arabada beşinci təkər”dir və qeyd edib ki, bölgədə hansısa müşahidəçilərə ehtiyac yoxdur.  

“Avropa İttifaqının missiyasını dəvət etmək Ermənistanı Rusiyadan qoparmaq siyasətinin davamıdır”.

Bunu isə Rusiya Müasir Dövlət İnkişafı İnstitunun direktoru, siyasi ekspert Dmitri Solonnikov deyib. O qeyd edib ki, Qərbin bu niyyəti baş tutmayacaq.

Dmitri Solonnikov əlavə edib ki, Avropa İttifaqı hərbi planda NATO-ya söykənən siyasi təşkilatdır və nümayəndələr də NATO-nun mülki geyimdə olan zabitləridirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR