Azərbaycanda müəllimlərin sayı təxminən azalıb
Son 3 ildə Azərbaycanda müəllimlərin sayı təxminən 2 min nəfər azalıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA TV-yəb deyib ki, bundan sonra müəllimlərin sayında azalma daha çox olacaq. Çünki artıq vakansiyalar konkret təhlil edilir, dəqiqləşdirilir, yalnız ehtiyac olduğu halda müəllimlər işə götürülür. Bundan əlavə, monitorinqlər, müxtəlif tədbirlər vasitəsilə peşəkar, bilik səviyyəsi yüksək olan müəllimlər məlum olur, onlarla bağlı hesabat hazırlanır: "Ötən 5 ildə müəllimlərin sayında daha ciddi azalma müşahidə olunub. Azalma müəllimlərə yaş senzinin tətbiqi, müəllimlərin işə qəbulunda Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə mexanizminin tətbiqi ilə bağlıdır".
Şöbə müdiri bildirib ki, bölgə məktəblərinə müəllimlərin marağını artırmaq üçün əlavə stimullaşdırma tədbirləri ilə bağlı təklilər hazırlayaraq, hökumətə təqdim edilib. Hazırda təkliflər hökumətdə baxılır. Təkliflər müzakirə mərhələsində olduğuna görə Konkret tədbirlər barədə bu gün məlumat vermək bir qədər tezdir. Yaxın zamanlarda həmin təkliflərlə bağlı mövqe müəyyənləşəcək və bunlar barədə ictimaiyyətə məlumat veriləcək. Ötən stimullaşdırma tədbirləri ilə müqayisədə müəyyən fərqlər mövcuddur.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?