Eyni ailənin 4 üzvü oğurluğa görə tutulub
Saatlıda mal-qara oğruluğu ilə məşğul olan qohumlar yaxalanıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Dəllər kənd sakini Rəşid Əmiraslanov polisə müraciət edərək bir baş iribuynuzlu heyvanının oğurlandığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən şəxslər Saatlı rayon sakini Elsəvən Həkimov, qardaşı Sahil Həkimov, yetkinlik yaşına çatmayan oğlu Əleykə Həkimov və dayısı oğlu Elməddin Abdullayev polis tərəfindən saxlanılıb.
İstintaq zamanı müəyyən olunub ki, saxlanılanlar may və iyul aylarında 8 oğurluq hadisəsi törədiblər. Onlar əsasən, Araz çayı boyunca örüş sahələrində nəzarətsiz qalan heyvanları oğurlayıblar. Faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?