Həbsdə olan teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib
Həbsdə olan teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib. Bu barədə APA-ya vəkil Adəm Məmmədov məlumat verib. A. Məmmədovun sözlərinə görə, İ. Mirzəyev saxlanıldığı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə yerləşdirilib: «Son günlər İlham Mirzəyevin xəstəliklə əlaqədar olaraq vəziyyəti pisləşib. Ayaqları tutulub, yeriyə bilmir. Vəziyyəti pis olduğuna görə həkimlər onu tibb məntəqəsinə yerləşdiriblər» - deyə o bildirib.
Qeyd edək ki, İ. Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirləndirilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?