Bank Of Baku

Nabranda polis "avtoş ov"una çıxıb

# 13:11
21 iyul 2014

Nabran istirahət zonasında keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 63 sürücü saxlanılıb. APA TV-nin xəbərinə görə, Xaçmaz Rayon Polis Şöbəsinin dövlət yol-polisi bölməsinin əməkdaşları yay mövsümündə nəqliyyat vasitələrinin hərəkət sıxlığı müşahidə olunan Nabran istirahət mərkəzində növbəti avtoreydini keçirib. Sərxoş sürücülərin təyin olunması məqsədi ilə həkim müayinəsi təşkil edilib.

 

Reyd 4 saatdan çox davam edib. Yol-hərəkəti qaydalarını pozan 63 sürücü saxlanılıb. Onlar barəsində müvafiq protokollar tərtib edilib.

 

Nabran istirahət zonasında təşkil olunan avtoreydlər yay mövsümünün sonunadək davam etdiriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR