Əhməd Obalıdan Qarabağda "Bütöv Azərbaycan" proqnozu

# 13:14
5 dekabr 2022

Ötən gün Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Cəbrayıl və Zəngilan rayonlarına səfər edib.

 

O, səfər zamanı Araz çayının sahilinə gələrək Xudafərin körpüsünü ziyarət edib. Cəbrayıla səfəri zamanı Xudafərin körpüsünü ziyarət edən, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri bildirib ki, uzun müddət Xudafərin körpüsü "Həsrət körpüsü" adı alsa da, indi bu xalqı birləşdirəcək körpüyə çevrilir.

Əhməd Obalı Zəngilan rayonunun Ağalı kəndində də olub.

 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov Əhməd Obalıya Ağalı kəndində yaradılan şəraitlə bağlı ətraflı məlumat verib.

 

Bildirilib ki, qısa müddət ərzində Ağalının doğma sakinləri öz yurdlarına qovuşub, onların sosial rifahı üçün kənddə hər cür şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR