Hacıqabulda “Mercedes” aşıb, avtomobildə olan 4 nəfər ölüb
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 40-cı kilometrliyində qeydə alınıb. “Kamaz”la “Mercedes” markalı minik avtomobili toqquşub. FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilində şəxsiyyətləri məlum olmayan ikisi qadın, ikisi kişi olmaqla 4 nəfərin cəsədi sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Ölənlər Göy-Göl sakini 1968-ci il təvəllüdlü Məmmədov Namiq Əbülfəz oğlu, bir ailənin 3 üzvü - Gəncə sakinləri 1970-ci il təvəllüdlü Kərimov Nəsib Samit oğlu, onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Kərimova Rima Mamed qızı və qızı 1993-cü il təvəllüdlü Kərimova Əminə Nəsib qızıdır.
Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?